ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinə iyunun 12-də Avstriyanın Zalsburq şəhərində görüşməyi təklif edəcəklər.
Bu barədə APA-ya diplomatik mənbə bildirib.
Mənbə qeyd edib ki, Azərbaycan və Ermənistan tərəfindən görüşün keçirilməsi barədə hələlik razılıq alınmayıb. Görüşlə bağlı təklif həmsədrlərin regiona səfəri zamanı prezidentlərə təqdim olunacaq. Həmsədrlərin regiona səfəri bu gün başlayır. Onlar bu gün Bakıya gələcək, ölkə rəhbərliyi ilə görüşdən sonra İrəvana yola düşəcəklər. Qeyd edək ki, Ermənistanda nəşr olunan “Qrapark” qəzeti prezidentlərin görüşünün iyunun 12-də Zalsburqda keçirilməsinin planlaşdırıldığı barədə məlumat yayıb.
Qaynar.info
Şərhlər