Dünya 15:23 12.11.2017

Hərbi helikopter qəzaya uğradı: 7 ölü

İraq Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, İraq ordusundan verilən məlumatda qəzanın Bağdadın 180 km cənubunda Şorca bölgəsində hərbi təlim zamanı baş verdiyi bildirilir. Nəticədə 5 əsgər və 2 pilot dünyasını dəyişib. 

Qəzaya səbəbin texniki nasazlıq olduğu qeyd edilib.

Gülşən
Qaynarinfo.Az