Xəbər lenti

Hərbi təyyarələrimiz İstanbul səmalarında (FOTOLAR)
Foto 18:14 26.09.2021

Hərbi təyyarələrimiz İstanbul səmalarında (FOTOLAR)

Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən "Texnofest-2021” festivalının son günündə hərbi təyyarəçimizin növbəti uçuşu nümayiş olunub.

Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, uçuşdan əvvəl Vətən müharibəsi zamanı şəhid olan hərbi qulluqçularımızın əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının şanlı bayrağı dalğalandırılıb.

Hərbi təyyarəçimizin İstanbul səmasında çətin pilotaj manevrlərlə nümunəvi uçuşu aviaşounu izləyən qonaqların marağına səbəb olub.

Qeyd edək ki, Atatürk Beynəlxalq Hava limanında keçirilən "Texnofest-2021” aviasiya, kosmos və texnologiyalar festivalının dördüncü ilində Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd MİQ-29 döyüş təyyarələri müxtəlif günlərdə nümunəvi uçuşlar ediblər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->