Xəbər lenti

Hərəmizin xaricilərə 640 dollar borcumuz var
Ekonomiks 13:57 28.02.2014

Hərəmizin xaricilərə 640 dollar borcumuz var

1 yanvar 2014-cü il tarixinə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 4 milyard 753,2 milyon manat, onun Ümumi Daxili Məhsula (ÜDM) nisbəti 8,2% təşkil edərək bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri bu sahədə də qabaqlayıb.

Bu barədə Bakupost.az-a Maliyyə Nazirliyindən məlumat verilib. Nazirlikdə bildirirlər ki, bu nisbət Türkiyədə 36%, Rusiyada 14,1%, Gürcüstanda 32,9%, Macarıstanda 79.8%, Slovakiyada 34,3%, Çexiyada 40,2%-dir.

Kredit vəsaitlərinin 8.1%-i 10 ilə qədər, 43,6%-i 10 ildən 20 ilə qədər, 48.3%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub. Əsasən, Dünya Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə elektrik stansiyalarının tikintisi və bərpası, yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, aviasiya və dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və energetika və s. sahələrə sərf edilib.

Dövlət Statistika Komitəsinin bu ilin əvvəlinə olan məlumatına görə, Azərbaycanda əhalinin sayı 9477,1 min nəfər təşkil edib. Beləliklə, ölkədə hər vətəndaşa orta hesabla 501,55 manat və yaxud təxminən 640 ABŞ dolları xarici dövlət borcu düşür.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->