Xəbər lenti

Heydər Əliyev Fondu meyxanaçının müalicəsini üzərinə götürdü
Ölkə 16:35 08.02.2019

Heydər Əliyev Fondu meyxanaçının müalicəsini üzərinə götürdü

Heydər Əliyev Fondu meyxana ustası Ağakərimin (Kərim Novruzov) müalicəsi ilə bağlı xərcləri öz üzərinə götürüb.

Qaynarinfo "qafqazinfo”ya istinadən xəbər verir ki, dünən ailəsi maddi vəziyyəti ilə əlaqədar meyxana ustadının müalicəsinin yarımçıq qaldığını açıqlamışdı.

Heydər Əliyev Fondu isə Ağakərimin səhhəti ilə bağlı vəziyyəti araşdıraraq, ona dəstək göstəriləcəyini bildirib.

Qeyd edək ki, 2017-ci ilin mart ayında meyxanaçının beyninə qan sızıb, bundan sonra onun dayaq-hərəkət sistemində problemlər yaranıb. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->