Hikmət Babaoğlu Ərdoğanın Azərbaycana səfərini şərh etdi

Hikmət Babaoğlu Ərdoğanın Azərbaycana səfərini şərh etdi

Bu, bölgəmizə sülhün və rifahın gəlməsi deməkdir”

"İki ölkə liderinin görüşündə regionumuzun gələcək inkişaf perespektivlərinin ələ alınması və bu istiqamətdə konkret olaraq növbəti addımların atılması gözlənilir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini şərh edərkən deyib. Hikmət Babaoğlu hesab edir ki, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çoxdan gözlənən və olduqca arzuedilən səfər idi:

"Ona görə ki, iki qardaş ölkənin milli iradəsi və liderlərinin dostluq və qardaşlığı istər Azərbaycan-Türkiyə münasibətlərinin indiki yüksək həddə çatdırılması, istərsə də tarixi Qarabağ zəfərimizin əldə olunmasında mühüm rol oynadı. Əslində iki qardaş ölkənin prezidentləri, bir millət - iki dövlət fikrini real münasibətlərdə gerçəyə çevirdilər. Bu strateji reallıq millətimizdə haqlı qürur hissi yaradır. Hazırda Türkiyə-Azərbaycan münasibətləri öz tarixi qardaşlıq ənənlərinin ən yüksək zirvəsini yaşamaqdadır. Artıq Azərbaycan və Türkiyə münasibətlərinin yartdığı yeni geostrateji reallığın təkcə iki ölkəyə deyil, bütövlükdə regiona yeni inteqrasiya perspektivləri və əməkdaşlıq imkanları gətirdiyi hamıya aydındır. Bu isə bölgəmizə sülhün və rifahın gəlməsi deməkdir”.
 
 

Deputatın fikirincə, Türkiyə və Azərbaycan prezidentlərinin birlikdə Şuşaya səfər etməsinin nəzərdə tutulması isə ayrıca bir tarixi hadisədir:
"Çünki Şuşa təkcə mədəni irsimiz, müsiqi tariximiz, milli və dini mədəniyyətimiz baxımından mühüm şəhər deyil, həm də hərbi-strateji baxımdan olduqca əhəmiyyətli coğrafi ərazidir. İki qardaş ölkənin prezidentləri bir daha Şuşada Azərbaycan xalqının yaratdığı tarixi mədəniyyət nümunələrini, ermənilərin isə onlara qarşı necə barbarcasına terror törətdiyini bütün dünyaya nümayiş etdirmiş olacaqlar”.

Bahar Rüstəmli
X
XƏBƏRLƏR
BLOGLAR