Hikmət Hacıyev: “Ermənistan qoşunlarında PKK-nın mövcudluğu müəyyən edilib”

Hikmət Hacıyev: “Ermənistan qoşunlarında PKK-nın mövcudluğu müəyyən edilib”

"Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə PKK terrorçularının gətirilməsi üçün dəhliz yaradıb".

Qaynarinfo xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Daily Sabah” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində PKK düşərgələri var, Ermənistanın istifadə etdiyi taktika isə qoşunların tərkibində PKK terrorçularının olduğunu göstərir:

"Bölgədə tunellərin qazılması, atəş sistemləri, bütün bunlar PKK-ya xasdır. Azərbaycan hərəkət, taktik və xarakterik xarici görünüş baxımından Ermənistan qoşunlarının ilk sıralarında PKK-nın mövcudluğunu müəyyən edib”.

H.Hacıyev əlavə edib ki, PKK-nı terror təşkilatı hesab etməyən bütün ölkələr bəşəriyyətə qarşı cinayətlərə öz töhfəsini verir.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR