Siyasət 14:02 25.10.2020

Hikmət Hacıyev: "Ermənistanın Azərbaycana hərbi hücumları təcavüz aktıdır"

"Ermənistan ərazisindən Zangilan, Qubadlı və Laçının sərhəd rayonları boyunca Azərbaycana hərbi hücumlar BMT Nizamnaməsində təsbit edilmiş təcavüz aktıdır".

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb.