Xəbər lenti

Hikmət Hacıyev:
Ölkə 12:05 15.08.2020

Hikmət Hacıyev: "Rayonlara gediş-gəlişin açılması müzakirə edilir"

"Hazırda rayonlara gediş-gəlişin açılması müzakirə edilir”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, qərarla bağlı məlumat vermək hələ tezdir: 

"Rayonlarda olan epidemioloji vəziyyət barədə çox incəliklə araşdırma aparılır. Hətta rəsmi ezamiyyələr çərçivəsində müvafiq səfərlərin həyata keçirilməsi həmin rayonlarda yoluxma sayına təsir göstərir”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->