Sənət 09:32 11.07.2014

Hind kinosunun əfsanəsi öldü

Hind aktrisası və rəqqasəsi Zöhrə Seqal 102 yaşında Dehlidə dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, "Bollivudun böyük xanımı" adını almış Seqal 1960-ci illərdən 30 il ərzində Londonda yaşayıb, sonra vətənə qayıdıb, amma mütəmadi olaraq Britaniyaya gedib.

Avropalı izləyicilərə o, əfsanəvi fantastik serial "Doktor Kim"in vasitəsi ilə tanışdır. Həyatının son illərində Seqal idman komediyası "Bekhem kimi oyna" ilə məşhurlaşıb.

Qaynar.info