2015-ci ildə Azərbaycanda Qurban Səidin eyniadlı əsəri üzrə çəkilmiş “Ali və Nino” bədii filminin premyerası olacaq.
Qaynar.info "Turan"-a istinadla xəbər verir ki, bu qədim inqilaba qədər Bakıda azərbaycanlı gəncin gürcü qızı ilə məhəbət hekayəsidir.
Romanda 20 əsrin əvvəlində neft paytaxtı olan şəhərdə siyasi, etnik və mədəni həyat çox rəngarəng şəkildə təsvir edilir.
Bu yaxınlarda keçirilən Kann festivalında bu layihənin iştirakçıları kiçik təqdimat keçiriblər, onlar bu təqdimat zamanı əsas aktyorların, rejissorun və ssenari müəllifinin adını açıqalyıblar.
Cari layihədə aparıcı qüvvə İngiltərədə yaşayan hind kinematoqraflarıdır. Bu, rejissor Asif Kapadia və əsas rollardan birinin ifaçısı Adam Bakridir.
Asif Kapadia Böyük Britaniyada hidnlilər tərəfindən çəkilən bir sıra filmlərin müəllifidir. Adam Bakriyə gəldikdə isə - o əslən İsraildən olan etnik ərəbdir.
Filmin ssenari müəllifi britaniyalı yazıçı və rejissor Kristofer Hamptondur, prodüsser Kris Taykerdir.
Filmin büdcəsi və çəkiliş məkanı məlum deyil.
Təqdimat təşkilatçıları layihənin maliyələşdrilməsi haqqında heç nə deməyiblər, amma qeyri-rəsmi mənbələrə görə bu Heydər Əliyev Fondudur.
Qaynar.info
Şərhlər