Hindistanda divar uçdu: 17 nəfər öldü

Hindistanda divar uçdu: 17 nəfər öldü

Hindistanda güclü seldən sonra Koimbator əyalətində 16 metrlik divar 3 evin üstünə aşıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 2-si uşaq, 4-ü qadın olmaqla 17 nəfər həyatını itirib. Divar sakinlərin yatdığı səhər saatlarında uçub. Digər tərəfdən isə güclü yağışların səbəb olduğu təbii fəlakət və qəzalarda isə ölənlərin sayı 22-ə çatıb. 

Ölkənin Tamil Nadu hökuməti həyatını itirənlərin ailələrinə 400 min rupi (təxminən 10 min manat) təzminat ödəniləcəyini açıqlayıb. Bölgədə davam edən güclü yağışlar səbəbindən bəzi universitetlərdə imtahanlar ləğv edilib.
 
Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR