Xəbər lenti

Dünya 10:37 26.11.2020

Hindistanda misli görünməmiş etiraz tətili başladı

Hindistanda 10 qabaqcıl həmkarlar ittifaqı qrupu, cümə axşamı günü bir günlük ümummilli tətilə başladıqlarını təsdiqləyib. 

Qaynarinfo xəbər verir ki, tətillərdə 250 milyon insanın iştirak edəcəyi bildirilir. Tətillər ölkənin hər yerində keçiriləcək.

Tətilçilər kənd təsərrüfatı və işçi qüvvəsi haqqında yeni qanunlara etiraz edirlər – onlar zəhmətkeşlərin hüquqlarının pozulduğunu hesab edirlər. Təşkilatçılar əlavə tələblər də irəli sürüb: dövlət müəssisələrinin özəlləşdirilməsinə son qoyulması, kənd yerlərində məşğulluğun təminatı proqramının genişləndirilməsi.

Həmkarlar ittifaqları hökumətin kasıb ailələrə daha çox müavinət ödəməsini, yoxsullara aylıq düyü və digər vacib qidaları verməsini istəyir. Həmkarlar ittifaqları həm kasıbların, həm də orta təbəqənin vəziyyətinin koronavirus pandemiyası səbəbindən ağırlaşmasından narahatdır.

Hakimiyyət bank əməliyyatlarında və mobil operatorların işində baş verə biləcək pozuntular barədə xəbərdarlıq ediblər.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->