Xəbər lenti

Dünya 16:40 02.08.2018

Hindistanda şiddətli yağışlar səbəbindən ölənləri sayı 148-ə çatıb

Hindistanın Uttar Pradeş əyalətində şiddətli yağışlar səbəbindən ölənlərin sayı 148 nəfərə çatıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, iyul ayının əvvəllərindən bu yana davam edən təbii fəlakət nəticəsində 122 nəfər isə yaralanıb, evlərin divarları uçub, elektrik dirəkləri aşıb, yollar sualtında qalıb. Əyalətdə ümumilikdə 600-dən çox evə ziyan dəyib.

Uttar Pradeşin baş naziri Yoqi Adityanaz zərərçəkmiş ailələrə maddi və tibbi yardım göstərilməsi ilə bağlı müvafiq qurumlara tapşırıq verib.

Rəsmi qurumların açıqlamasında görə ölkəni təsiri altına alan musson yağışları səbəbindən iyul ayında ümumilikdə Hindistanda 600 insan ölüb, 200-dən çox insan isə yaralanıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?