Hindistanın baş nazirindən maraqlı addım (FOTO/VİDEO)
Hindistanın baş naziri Narendra Modi maraqlı addımı ilə diqqəti çəkib.
Qaynarinfo xəbər verir ki, baş nazir sosial media hesabından yoga və dartınma hərəkətləri etdiyi videonu paylaşıb. O, bu addımı Hindistanın kriket komandasının kapitanı Virat Kohlinin meydan oxumaq təklifi ilə atıb. Modi videoda bunları qeyd edib:
"Bunlar mənim sabah idmanımdır. Yogadan başqa təbiətin 5 elementi, dünya, su, atəş, hava, səmadan ilham aldığım yolda yeriyirəm. Bu, rahatladan və gəncləşdirəndir. Həmçinin nəfəs idmanı da edirəm".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər