Avropa Birliyi xarici işlər nazirləri Livanda fəaliyyət göstərən Hizbullah hərəkatını terrorçu təşkilatlar siyahısına salıblar.
Qaynar.info-nun məlumatına görə, diplomatik mənbələr Birliyin Hizbullahın hərbi qanadını terrorçu təşkilatlar siyahısına almasına baxmayaraq, Livana yardımlarını davam etdirəcəyini bildiriblər.
Qərarın verilməsinə baxmayaraq, qanunun qüvvəyə minməsi üçün 1 həftə müddət lazımdır. Əks təqdirdə Hizbullah Avropa Ədalət Məhkəməsinə müraciət edərək qərarı ləğv etdirə bilər.
Qeyd edək ki, Hizbullahın terrorçu təşkilatlar siyahısına salınması ilə üzvlərinin Avropa Birliyində olan bütün əmlakları və bank hesabları dondurulacaq, Avropa BHirliyi ölkələrinə səyahət etmək qadağan olunacaq.
Qaynar.info
Şərhlər