Xəbər lenti

Hollandiyalı idmançı Yanardağdan tullanıb (FOTO)
İdman 11:45 23.03.2018

Hollandiyalı idmançı Yanardağdan tullanıb (FOTO)

İyunun 5-9-da Bakıda keçiriləcək BMX idmanı üzrə dünya çempionatının ulduz elçisi, hollandiyalı idmançı, Red Bull atleti Tvan van Gendt ötən həftə paytaxtımızda olub.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, səfərin əsas məqsədi həm yarış trekini sınaqdan keçirmək, həm də dünya çempionatı ilə bağlı dəstək aksiyasında iştirak etməkdir.

Bakı-2015-də gümüş medal qazanan hollandiyalı velosipedçi paytaxtımızı özü üçün uğurlu şəhər hesab etdiyini deyib:

"2015-ci ildə Avropa oyunlarında qazandığım gümüş medal mənim üçün çox dəyərlidir. Əslində həmin vaxt qızıl qazanmamağım fiziki yox, psixoloji hazırlıqla bağlı idi. Sonra Avropa çempionu və dünya kubokunun qalibi adını da qazandım. Ümid edirəm ki, buliki dünya çempionatında da yüksək nəticə göstərə bilərəm”.

Yarış trasında məşq yürüşləri həyata keçirən ulduz elçinin sözlərinə görə, hazırda BMX treki 2015-ci illə müqayisədə xeyli fərqlənir və yenidənqurma işlərindən sonra texniki cəhətdən daha maraqlıdır. Paytaxtımızın gözəlliyi və milli mətbəximiz isə onu valeh edib: 

"Bakı həqiqətən çox gözəldir. Yeməklərinizə isə söz ola bilməz. Bu gözəl şəhərdə keçiriləcək dünya çempionatının təbliğatı üçün əlimdən nə gəlirsə, etməyə çalışacam. 

Öz imkanıma gəlincə, düşünürəm ki, rəqabət kifayət qədər ciddi olacaq. Təkcə Niderland yığma komandasının heyətində kifayət qədər səviyyəli idmançı var”.

Tvan van Qendt BMX üzrə Dünya Çempionatı ərəfəsində Azərbaycana baş çəkib, treki yoxlayandan sonra Novruz Bayramı ilə əlaqədar Yanardağa yola düşüb.

O Yanardağdan tullanıb: "Mən heç vaxt düşünməzdim ki, belə şey ola bilər! Bu qeyri-adi və ovsunlayan mənzərə, Azərbaycanı həqiqətən "Odlar Yurdu” kimi simvollaşdırır. Mən bu ilin iyununda Bakıda dünya çempionatında olacağam və bura mütləq qayıdacağam”. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->