Dünya 12:04 05.04.2020

Hondurasın rüşvətlə bağlı qalmaqallı eks-prezidenti ABŞ-da öldü

Hondurasın keçmiş prezidenti Rafael Kalyexas 76 yaşında ABŞ-da vəfat edib.

Qaynarinfo xəbər verir ki, Kalyexas Corciya ştatının Atlanta şəhərindəki xəstəxanada infarktdan ölüb. Həm də qeyd olunur ki, siyasətçi iki il idi leykemiyadan əziyyət çəkirdi.

Hondurasın hazırkı prezidenti Xuan Orlando Hernandez Kalyexasın həyat yoldaşı Norma Regina Kalyexasa, uşaqlarına və nəvələrinə başsağlığı verib.

Qeyd edək ki, Rafael Leonardo Kalyexas Romero 1990-dan 1994-cü ilə qədər Hondurasın prezidenti olub. Sonradan o, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılıb, lakin ölkənin Ali Məhkəməsi ona bəraət verib. 2015-ci ilə qədər Kalyexas Honduras Futbol Federasiyasına rəhbərlik edib, lakin 2016-cı ildə rüşvət vasitəçiliyində günahını etiraf edib və FIFA tərəfindən futbolla əlaqəli hər hansı bir fəaliyyətdən kənarlaşdırılıb.

Fanat.Az