"Facebook” şirkəti özünün "İnstagram” və "WhatsApp” əlavələrini "Huawei” smartfonlarına yükləməyi qadağan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.
Bu qadağa yalnız yeni smartfonlara şamil olunur, hazırda istifadə olunanların sahibləri isə həmin əlavələri "Google Playstore”dən yükləyə bilərlər.
Qadağanın hansı tarixdən qüvvəyə minəcəyi açıqlanmır. "Huawei” nümayəndələri bu məsələyə dair şərh verməyib.
Ötən ay ABŞ-ın Maliyyə Nazirliyi Çinin "Huawei” şirkətini "qara siyahı”ya salıb. Bundan sonra "Google”, "İntel”, "Broadcom” kimi informasiya texnologiyaları nəhəngləri bu şirkətlə əməkdaşlığa son qoyub.
Şərhlər