Çinin texnologiya nəhəngi "Huawei" nümayəndəsi Sinqapurda "Apple" mağazasının qarşısında növbə gözləyən insanlara üzərində "Ehtiyacınız olacaq" yazılmış "power bank"lar paylayıb.
Qaynarinfo CNET-ə istinadən xəbər verir ki, şirkətin son çıxan telefonunu almaq üçün növbədə gözləyənlərə telefon üçün enerji aləti və meyvə şirəsi paylanılıb. Londonda isə növbədə gözləyənlərə meyvə şirəsi verilib və telefonlar üçün enerji stansiyası təşkil edilib.
Qeyd edək ki, "Apple" telefonları enerjini az saxlaması ilə bilinir. "Huawei" "smart phone"ları isə böyük enerji tutumu olan batereyası ilə məşhurdur.
Gülşən
Şərhlər