Çinin texnologiya nəhəngi "Huawei" "Android" əməliyyat sistemi barədə qərarını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, şirkət növbəti dövrlərdə də istehsal edilən məhsullarda "Android" sistemindən istifadə ediləcəyini, yeni əməliyyat sisteminin yaradılması üçün illərin lazım olduğunu vurğulayıb.
Statistikaya görə, dünyadakı telefonların 88%-i "Android" əməliyyat sisteminə sahibdir.
Qeyd edək ki, "Huawei" ötən aylarda ABŞ-ın ciddi sanksiyaları ilə üzləşib, "Google", "Microsoft" kimi şirkətlər Çin nəhəngi ilə əməkdaşlığı dayandırıb.
Gülşən
Şərhlər