Ölkə 15:45 02.07.2020

I sinif dərsliklərinin istifadə müddəti dəyişdirilir – Yenilik olacaq

"I sinif dərsliklərinin istifadə müddəti dəsyişdirilir".

Qaynarinfo xəbər verir ki, bunu təhsil ekspeti Kamran Əsədov bildirib. Onun sözlərinə görə, əvvəl I sinif dərslikləri 4 il istifadə olunurdu:

"Bu ildən etibarən I sinifdə təhsil alanlar üçün hazırlanan bütün dərsliklərin istifadə müddəti dəyişdirilir. Belə ki, əvvəl bu dərsliklər üçün istifadəyə yararlılıq müddəti dörd tədris ili təyin olunurdusa, bu ildən etibarən bir tədris ili təyin olunacaq".

Kamran Əsədov qeyd edib ki, bu, həm də bəzi tapşırıqların şagirdlər tərəfindən dərslik üzərində həll edilməklə yerinə yetirilməsinə imkan yaradacaq".
Bahar Rüstəmli