Nazirlər Kabinetinin ötən gün qəbul etdiyi "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərarda maska taxmağın məcburi olduğu yerlər açıqlanıb. Bu yerlər sırasında ibadət yerlərinin də qeyd edilməsi yaxın zamanlarda ibadət yerlərinin açıla biləcəyi ilə bağlı sual doğurub.
Məsələ ilə bağlı APA-ya açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, metodiki göstərişlər həm açılan, həm də açılmayan yerlər üçün nəzərdə tutulur: "Hər şey vəziyyətdən, yoluxmanın səviyyəsindən asılıdır. İndiki mərhələdə ibadət yerlərinin açılması məsələsi yoxdur. Ümumiyyətlə qapalı yerlərdə kütləvi toplantıların olması məsələsi hələ ki, yoxdur”.
Şərhlər