Xaləddin İsgəndərov 1-ci müavinini işdən çıxarıb
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov özünün birinci müavini Qəzənfər Novruzovu tutduğu vəzifədən azad edib. "Modern.az"ın xəbərinə görə, bu barədə icra başçısının özü 7-ci mikrorayon Fərman Məlikov küçəsindəki “Xeyir-şər evi”ndə sakinlərlə keçirdiyi səyyar gğrüşdə məlumat verib.
Qəzənfər Novruzovun işdə yol verdiyi nöqsanlara görə vəzifədən çıxarıldığını deyən Xaləddin İsgəndərov birinci müavininin buraxdığı səhvlər barədə ətraflı məlumat verməyib.
Görüşdə icra başçısı ilə yanaşı, İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 136 nəfər mikrorayon sakini iştirak edib.
Qaynar.info
Şərhlər