Xəbər lenti

Fransanın dövlət borcu artmağa başladı
Dünya 16:38 05.10.2024

Fransanın dövlət borcu artmağa başladı

Fransanın dövlət borcu üç illik azalmadan sonra yenidən böyüməyə başlayıb. İkinci rübün sonunda bu göstərici ÜDM-in 113%-nə çatıb ki, bu da 2023-cü ilin sonundakı göstəricidən 2,4 faiz bəndi çoxdur. 

Qyanarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Müasir Fransanın xarici borcu 2020-ci ildə rekorda imza atıb. Sonra 17,3 faiz bəndi artaraq ÜDM-in 114,7%-nə çatıb.

Fransanın hazırkı prezidenti Emmanuel Makron dövlət borcunun artım tempinə görə ölkə liderləri arasında üçüncü yerdədir. Onun hakimiyyəti dövründə bu rəqəm 14,9 faiz bəndi artıb. 

İkinci yer Nikola Sarkoziyə məxsusdur - onun dövründə ölkənin ÜDM-ə dövlət borcu 23,3 faiz bəndi artıb. Reytinqə 27,9 faiz bəndi artımla Fransua Mitteran başçılıq edir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->