XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Eyfel qülləsində seksizm qalmaqalı: Qadınların işdən uzaqlaşdırılması etiraz yaratdı
Dünya16:28 08.09.2026

Eyfel qülləsində seksizm qalmaqalı: Qadınların işdən uzaqlaşdırılması etiraz yaratdı

Eyfel qülləsinin əməkdaşları qadın işçilərin vəzifələrindən müvəqqəti uzaqlaşdırılmasına etiraz olaraq tətil keçiriblər. Tətil səbəbindən Eyfel qülləsinin fəaliyyəti dayandırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "20minutes" məlumat yayıb.

Etiraza Eyfel qülləsinə hindistanlı BAPS (Bochasanwasi Akshar Purushottam Swaminarayan Sanstha) nümayəndə heyətinin səfəri zamanı qadın əməkdaşların müvəqqəti olaraq işdən uzaqlaşdırılması səbəb olub. Həmin gün qadınların vəzifələrinə kişilər təyin edilib. Qadın əməkdaşlar buna etiraz edərək rəhbərliyi ayrı-seçkilikdə ittiham ediblər.

Paris Mərkəzi dairəsinin rəhbəri və abidəni idarə edən "SETE" şirkətinin rəhbəri Ariel Veyl bildirib ki, nümayəndə heyəti səfər zamanı “qadınlarla qarşılıqlı əlaqələrin məhdudlaşdırılmasını” istəyib.

BAPS yaranmış mümkün narahatlığa görə üzr istəyib. Hindistanın hindu təşkilatı əlavə edib ki, həmin gün heç kimin Eyfel qülləsinə girişinə məhdudiyyət qoyulmayıb.

Hindistanın hindu nümayəndə heyəti Fransada ilk böyük məbədinin açılış mərasimini keçirmək üçün Parisə gəlib.

Paris meri Emmanuel Qreqruar məsələ ilə bağlı “ən qısa müddətdə” araşdırma aparılacağını vəd edib.

“Bir hindu nümayəndə heyətinin irəli sürdüyü şərtlərin qəbul edilə bilməsi yolverilməzdir. Qadınlarla kişilər arasında bərabərlik tarixi abidələrimizin ətəyində və bu şəhərin heç bir yerində dayandırıla bilməz”, deyə mer vurğulayıb.

Aydın