Xəbər lenti

İcra başçısı aksiya keçirən əhali ilə görüşdü:
Video 09:38 22.02.2020

İcra başçısı aksiya keçirən əhali ilə görüşdü: "İnqilab edirsiniz..." (VİDEO)

Xəbər verdiyimiz kimi, Zərdab rayonunda bir qrup Çallı kənd sakini örüş torpaqlarının qanunsuz zəbt olunmasına etiraz ediblər.

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, hadisə yerinə gələn rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov sakinlərlə görüşüb və bu məsələdə sələfi Lütvəli Babayevi günahkar bilib.

"Siz deyirsiz ki, sözügedən torpaqlarla bağlı müvafiq dövlət qurumlarına şikayət ünvanlamısınız. Amma Lütvəli Babayevin dövründə bu cür hadisələr, üsyan-müsyan olmayıb. Bu düz çıxmır! Lütvəli Babayev öz dövründə bütün "bu işləri" görüb, gedib, qalıb o yanda... Mən iki ay yarımdı gəlmişəm (icra başçısı) böyrümdə inqilab edirsiz".

M. Camalov problemi araşdırmaq üçün gələn həftədən komissiya yaradılacağını, qanunsuz zəbt olunan torpaqların sakinlərin istifadəsinə veriləcəyini qeyd edib: "Sizin iddia etdiyiniz örüş torpaqdan xəbərim yoxdur. Əgər bir-birimizə güvəniriksə, biz qanunu qorumalıyıq. Bəziləri torpağı 30-40 ilə icarəyə verib. Bu tam cinayətdir. Torpaq 10-15 ildən artıq icarəyə verilə bilməz".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->