İdman 11:39 27.01.2021

İcra başçısı beynəlxalq dərəcəli hakimə vəzifə verdi

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Qılıncbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.

Bu barədə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov əmr imzalayıb. Əmrə əsasən Hacı Səfərov Qılıncbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.

Səfərov karate üzrə beynəlxalq dərəcəli hakimdir. O, 1993-cü ildə Qılıncbəyli kəndində anadan olub, Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasını bitirib.//report.az