Xəbər lenti

Ölkə 20:56 19.03.2015

İcra başçısı xalq artistinə ev verdi

Bu gün YAP Gəncə şəhər Təşkilatının Qərargahında şəhər fəallarının yığıncağı keçirilib. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, yığıncaqda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri,  ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhər rəhbəri  icra  strukturunda  yeni təyinatlar haqqında  məlumat verib. Elmar Vəliyev onları  təbrik edərək, məsuliyyətli işlərində uğurlar arzulayıb.

Yığıncaqda Gəncə Dövlət Dram Teatrının aktyoru, Azərbaycanın xalq artisti, “Qızıl Dərviş” mükafatçısı Məmmədəli Balayevə 75 illik yubileyi münasibəti ilə ikiotaqlı mənzilin açarı təqdim edilib. 

M.Balayev bunu bayram töhvəsi olaraq dəyərləndirib və İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?