Ölkə 17:01 15.09.2019

İcra başçısı xanım müavin təyin etdi

Beyləqan rayon icra hakimiyyətində kadr dəyişikliyi baş verib.

Qaynarinfo "Qafqazinfo”ya istinadən xəbər verir ki, rayon icra hakimiyyətinə yeni müavin təyin olunub. Məmmədova Yeganə Kərəm qızı başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, bundan əvvəl bu vəzifəni Aytən Mirzəyeva tuturdu.