Xəbər lenti

50 yaşlı müğənni özündən 13 yaş kiçik stilistlə evləndi (FOTO)
Foto 13:21 06.07.2025

50 yaşlı müğənni özündən 13 yaş kiçik stilistlə evləndi (FOTO)

"Spice Girls" qrupunun keçmiş üzvü, 50 yaşlı britaniyalı müğənni Melani Braun (Mel B.) evlənib. Bu, Melin üçüncü dəfə ailə həyatı olub.

Qaynarinfo xəbər verir ki, müğənni bu dəfə 37 yaşlı stilist və saç ustası Rori Makfi ilə ailə həyatı qurub.

Cütlüyün toyu tarixində Londondakı Müqəddəs Pavel kilsəsinin kriptasında baş tutub. 

Xatırladaq ki, 1981-ci ildə bu məkanda Şahzadə Çarlz (Hazırkı kral) və şahzadə Diana evlənmişdi.

"People" nəşrinin məlumatına görə, toy mərasimində tanınmış qonaqlar arasında "Spice Girls" qrupunun digər üzvü Emma Banton ("Baby Spice"), model Kara Delevin, komediyaçı Ketrin Rayan və model Deizi Lou da olub. Mel B-nin üç qızı – 26 yaşlı Feniks, 18 yaşlı Endjel Ayris və 13 yaşlı Medison – isə gəlinin drujinaları olublar.

Toydan sonra ziyafət Londondakı "Shard" göydələnində yerləşən "Shangri-La" otelində keçirilib. Bu bina Böyük Britaniyanın ən hündür tikilisidir.

Mel B toy üçün "Josephine Scott" brendindən fil sümüyü rəngində, xüsusi olaraq tikilmiş gəlinlik geyinib. Daha sonra isə o, dizayner Castin Aleksanderin hazırladığı digər libasa keçib.

Londondakı "Evelie Bridal Boutiques" gəlinlik mağazasının sahibi Karolina Blek bildirib ki, müğənniyə uyğun libas seçmək prosesi çox xoş keçib: "Onunla işləmək bir xəyal idi, Mel öz dəst-xəttini libasa gətirdi".

Toy mərasimi müğənninin bir neçə həftə əvvəl sahildə leopard naxışlı bikini ilə 36 yaxın rəfiqəsinin əhatəsində keçirdiyi "subaylığa vida" məclisindən sonra baş tutub.

Mel B-nin sözlərinə görə, Rori Makfi onun ailəsinin uzun müddətdir yaxın dostudur və onlar ilk dəfə "The Masked Singer" şousunun çəkilişləri zamanı tanış olublar. 2022-ci ildə, üç illik münasibətdən sonra Makfi Melaniyə Berkşir qraflığında romantik bir həftəsonu zamanı evlilik təklifi edib.

Qeyd edək ki, Mel B daha əvvəl iki dəfə ailəli olub və boşanmalardan sonra bir daha evlənməyəcəyini bildirmişdi. Lakin Makfi ona yenidən sevgi və münasibətlərə inam verib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->