Xəbər lenti

Pakistan Milli Assambleyasının sədri Bakıya gəldi
Siyasət 18:38 06.07.2025

Pakistan Milli Assambleyasının sədri Bakıya gəldi

Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Azərbaycana rəsmi səfərə gəlib.

Qaynaronfo xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini Musa Qasımlı, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kəmaləddin Qafarov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq ölkəmizə rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, qarşılıqlı münasibətlərin inkişafına dair fikir mübadiləsi aparacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->