Dünya 12:32 01.10.2020

İdliblilər Rusiya işğalına qarşı ayağa qalxdı

Rusiyanın Suriyadakı hərbi əməliyyatının başlamasının ildönümündə İdlib deeskalasiya zonasının sakinləri Rusiya müdaxiləsinə qarşı etiraz aksiyası keçiriblər.


Qaynarinfoxəbər verir ki, bu haqda "Anadolu” agentliyi məlumat yayıb.


Mitinqə yüzlərlə etirazçı toplaşaraq Rusiya hərbçilərini dinc insanları öldürməkdə günahlandırıb. Etirazçılardan birinin agentliyə dediyi kimi, Rusiya minlərlə mülki şəxsin ölümündə və ölkədəki dağıntılarda günahkar sayılır.


"Rusiya infrastrukturu məhv etdi və ölkəmizin resurslarını mənimsəməyə başladı", - fəallardan biri deyib. Digər bir etirazçı əlavə edib ki, Rusiya hakimiyyəti "Suriya xalqını deyil, Bəşər Əsəd rejimini dəstəkləyir” və "Əsədlə birlikdə mülki əhalini məhv edirlər”.

 

Alpər