Arxeoloqlar Misirdə II Ramzes heykəlinin yuxarı hissəsini tapıb.
Qaynarinfo xəbər verir ki, qədim abidənin parçası Mit Rahin bölgəsindəki Giza vadisində qədim Misir tanrısı Ptahın məbədi yaxınlığında üzə çıxıb.
Misir Qədim dövrləri Ali Şurasının baş katibi Mustafa Vəziri heykəlin güc, canlılıq və gizli bir ruhu simvolizə edən "Ka" rəmzi şəklində çəhrayı qranitdən yonulduğunu deyib. Bundan əvvəl, arxeoloqlar artıq oxşar heykəllə rastlaşmışsalar da, onlar III sülalə fironlarından birinə aid olub, lakin daşdan deyil, ağacdan hazırlanıblar.
Artefaktın yerli sakinlərin qanunsuz qazıntı işləri apardığı xüsusi ərazidə tapıldığı bildirilir. Polis qanun pozucularını saxlayıb, tapıntıları ələ keçirib. Ələ keçirilən bu bənzərsiz heykəl Misirin açıq hava muzeyinə göndərilib. Tapıntı mütəxəssislərin bərpa işlərindən sonra muzeydə nümayişə çıxarılacaq.
Şərhlər