Ölkə 11:47 06.05.2021

İki gənc yazarın “Fikir Cinayəti” çap olundu

Azərbaycan kitab bazarına iki yazar dostun - Nəcəf və Nicat Həşimzadənin dialoqlarından ibarət yeni kitab daxil olub. 

Bu haqda Qaynarinfo-ya Nəcəf məlumat verib. 

Jekoprint Çap Evində nəşr edilən kitabın qiyməti 7 manatdır. 116 səhifədir. 

"Bu kitab ehtiyacdan doğur. İnsanın daim sualı olur, olmalıdır. Mənim daim suallarım var. Bir ara suallarım daha çox idi. Və səni bezdirirdim. Bilirəm. Bu kitabın əsasında arınma, axtarış durur. Cəmiyyətə, insanlara, ölkənə münasibət durur. Bu kitab insanın özünə münasibətdən bəhs edir. Bu kitab yaddaşın inikasıdır. Bu kitab ilk növbədə özünü təhlildir. Bu kitab şəxsi mübahisə, müzakirədir. Bu kitab bizim bir-birimizdə əksimizdir”, - kitabın annotasiyasında deyilir.

Qeyd edək ki, "Fikir cinayəti”ni Kitabıstan mağazasından əldə edə bilərsiniz. 

Mağaza "Heydər Əliyev” sarayının arxasında, yeraltı keçiddə yerləşir. Əlaqə nömrəsi: 070 537 21 84.