ABŞ-da bir necə həftədir davam edən büdcə böhranı iqtisadi artım tempini 0,6 faiz aşağı salıb
Milli.az-ın xəbərinə görə, ABŞ-da son bir necə həftə ərzində yaranmış maliyyə böhranı, büdcənin vaxtında qəbul edilməməsi Amerika iqtisadiyyatına 24 milyard dollara başa gəlib. Bu barədə reytinq agentliyi "Standard & Poors" məlumat yayıb.
Büdcə böhranı üzündən iqtisadi artım tempi 0,6 faiz aşağı olub.
ABŞ senatı ölkədə defoltun qarşısını almaq üçün dövlət borcunun yuxarı limitinin qaldırılması,hökumətin işinin bərpası barədə kompromis sənədini razılaşdırıb.
Qısamüddətli büdcə razılaşmasının əldə edildiyini Demokratlar və Respublikaçıların liderləri Harri Ridlə Mitç Makkonnel çərşənbə günü səhər elan ediblər.
S&P-nin proqnozlarına görə, müvəqqəti həll yolu ABŞ-ı təhlükələrdən xilas etməyəcək. Bayramlar ərəfəsində istehlak fəallığı gözləniləndən aşağı ola bilər.
Qaynar.info
Şərhlər