Xəbər lenti

İki qumbara satdı, 30 min pul istədilər - Beş nəfər tutuldu
Ölkə 12:47 23.10.2021

İki qumbara satdı, 30 min pul istədilər - Beş nəfər tutuldu

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə özlərini hüquq-mühafizə orqanları əməkdaşı kimi təqdim edən 5 nəfərin Göyçay rayon sakini M.Mikayılova 2 ədəd "F-1” markalı qumbaranı satdığı üçün hədə-qorxu gələrək 30000 manat pulunu almaları barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Göyçay rayon sakinləri İ.Bədəlov, B.İslamov, Qazax rayon sakini E.Məmmədrzayev, Masallı rayon sakini R.Əsgərov və Şamaxı rayon sakini K.Qədimov qısa müddətdə müəyyən edilərək saxlanılmışlar. Həmin 2 ədəd "F-1” qumbarası onlardan götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb.





Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->