Ölkə 18:13 21.10.2021

İki rayon və bir şəhərə yeni prokuror təyin olundu

Baş Prokurorun əmrinə əsasən 2 rayon və 1 şəhərə yeni prokurorlar təyin olunub.

Baş Prokurorluqdan Qaynarinfo-ya verilən xəbərə görə, əmrə əsasən, ədliyyə müşaviri Fuad Məmmədov Binəqədi rayonuna prokuror təyin edilib.

Bundan başqa, ədliyyə müşavirləri Rahim Səfəralıyev Xızı rayonuna, Kamal Talıbov isə Şirvan şəhərinə prokuror təyinatı alıblar.

Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq lent.az saytı yayıb.