Siyasət 11:29 26.02.2021

İlham Əliyev Ermənistanda baş verənlərə münasibət bildirdi

"Ermənistanda baş verən hadisələr Ermənistanın daxili işidir. Dünən şəhid ailələri ilə görüşüm Ermənistandakı hadisələrdən əvvəl idi. Bu çıxışımdan sonra hadisələrdən məlumat aldım. Hadisələr göstərdi ki, mən haqlı idim".

Qaynarinfo xəbər verir ki, bunu Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında deyib.

"Çünki bu gün Ermənistan elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir", - dövlət başçısı əlavə edib.