Xəbər lenti

İlham Əliyev gənc oğlanı nənəsinin xahişi ilə Türkiyəyə göndərdi (FOTO/VİDEO)
Foto 15:13 14.03.2019

İlham Əliyev gənc oğlanı nənəsinin xahişi ilə Türkiyəyə göndərdi (FOTO/VİDEO)

Prezident İlham Əliyevin Ağsuya səfəri zamanı dövlət başçısı ilə görüşən sakin Həcər Zamanovanın nəvəsi Türkiyəyə göndərilir. 

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, gözündən müalicə almağa  ehtiyacı olan 1990-cı il təvəllüdlü Murad Zamanov bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə yola salınıb.

Murad Zamanov saat 13:30-da İstanbula yola düşüb: "Cənab prezidentimiz İlham Əliyevin göstərişindən sonra Heydər Əliyev Fondu məni ölkəmizdə bir çox nüfuzlu özəl klinikalarda və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinədən keçirdilər. Qərara alındı ki, müalicəm Türkiyədə davam etdirilsin. İstanbulun ən tanınmış özəl klinikalardan birində müayinə olunacam. Onda sonra səhhətimdə yaranan problemin aradan qaldırılacağına əminəm. Mən yüksək səviyyəli diqqətə və qayğıya görə bir vətəndaş kimi cənab prezidentimiz İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm. Heydər Əliyev Fondu mənim qısa zamanda sağlığıma qovuşmağım üçün hər cür köməklik göstərir”.

Xatırladaq ki, Muradın nənəsi prezidentlə görüşündə valideynlərini itirmiş nəvəsi ilə bağlı məsələni qeyd etmişdi. Qadın bildirmişdi ki, nəvəsinin bir gözü tam görmür, digər gözü isə çox zəifdir.

Ölkə başçısı isə sakinə cavabında məsələnin həll ediləcəyini qeyd etmişdi: "Mən bu məsələni tapşıraram. Əlaqə vasitələri götürün. Siz bu barədə narahat olmayın. Lazım olsa, biz onu xaricə də göndərərik. Minlərlə belə müraciətlər olur”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->