İndiyədək 30-dan artıq dövlət başçısı Moskvada Böyük Vətən Müharibəsinin 70 illiyi münasibətilə keçiriləcək tədbirlərdə iştirakını təsdiqləyib. Virtual.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Tədbirdə iştirak edəcək ölkələrin tam siyahısı açıqlanmasa da, məlumdur ki, Tacikistan, Belarus, Qazaxıstan, Ermənistan, Azərbaycan, Qırğızıstan, Çin, Vyetnam, KXDR, Niderland, Yunanıstan, Misir və İsrail rəhbərləri Moskvaya gəlməyə razılıq veriblər.
Tədbirdə Fransa nümayəndə heyətinin də iştirakı təsdiqlənsə də, heyətin tərkibində ölkə prezidenti Fransua Ollandın olub-olmayacağı bəlli deyil.
Onu da qeyd edək ki, bundan əvvəl Almaniya kansleri Angela Merkelin Qələbə paradında iştirak üçün Moskvaya gəlməkdən imtina etdiyi bildirilmişdi.
Qaynar.info
Şərhlər