Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva şahmatçı Aydın Süleymanlını təbrik edib.
Qaynarinfo xəbər verir ki, ölkə rəhbərinin məktubunda deyilir:
"Əziz Aydın,
Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya
çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni
ürəkdən təbrik edirəm.
Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa
çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını
qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın.
Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram” səhifəsində edilən paylaşımda deyilir:
"Yeniyetmə
şahmatçımız Aydın Süleymanlının Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar
və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi
olması xəbəri hər birimizə ancaq qürür və sevinc hissi yaşada bilər.
Dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə
Aydını ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyət və qələbələr
arzulayıram!”
Şərhlər