Siyasət 13:52 13.10.2017

İlham Əliyevlə Bolqarıstan prezidentinin görüşü keçirilib

Bolqarıstan prezidenti Rumen Radev Bakıya rəsmi səfərə gəlib. "Qaynarinfo" xəbər verir ki, dövlət başçısının rəsmi qarşılanma mərasimi olub.

Rumen Radevi Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıb.

Qarşılanma mərasimindən sonra İlham Əliyev və Mehriban Əliyevanın Rumen Radev və xanımı Desislava Radeva ilə görüşü olub. Görüşdə ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi, humanitar, energetika sahələrində və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Bolqarıstan prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu gün həmçimin İlham Əliyev və Rumen Radevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Görüşdə dövlət başçıları çıxış edib.

Həmçinin prezidentlər mətbuata bəyanatla çıxış ediblər.

Qaynarinfo.Az