İlham Əliyevlə Putin arasında telefon danışığı oldu

İlham Əliyevlə Putin arasında telefon danışığı oldu

Azərbaycan Prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il razılaşmalarının reallaşdırılmasının praktiki tərəfləri nəzərdən keçirilib. Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə üçtərəfli işçi qrupun fəaliyyətinin aktivləşdirilməsinə xüsusi diqqət yetirilib.

Həmçinin, ikitərəfli münasibətlərin gündəliyinə daxil olan məsələlər müzakirə olunub. Dövlət başçıları bundan sonra da Azərbaycan – Rusiya strateji tərəfdaşlığının möhkəmləndirilməsi niyyətində olduqlarını ifadə ediblər.

Bununla yanaşı, söhbət zamanı müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.
X
XƏBƏRLƏR
BLOGLAR