Sənət 21:54 31.10.2014

İlhamə Quliyeva Rövşən Əkbərovla bir arada - FOTOLAR

Xalq artisti İlhamə Quliyeva Şəmkirə yollanıb.

Qaynar.info-nun axşam.az-a istinadən verdiyi xəbərə görə, müğənni orada konsert proqramı ilə çıxış edib.

İfaçı səfər zamanı Şəmkir ordu birləşməsinin komandanı, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərovla da görüşüb.

Qeyd edək ki, İ.Quliyeva açıqlamasında “Əsgərlər qarşısında çıxış etdim. Orkestrimlə birlikdə mahnılarımı canlı oxudum. Murova gedib, şəhid oğulların məzarına baş çəkəcəm. Daha sonra Bakıda hesabat konsertim olacaq", - deyə bildirib.


Qaynar.info