ARB TV-nin "Səhər-Səhər” verlişininin növbəti qonağı mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova olub.
Qaynarinfo xəbər verir ki, Mehriban Hüseynova gizli qalan bir çox həqiqətlərin üstünü açıb:
"Hüquq-mühafizə orqanları da bu işlə məşğuldur. Mən öz təzminatlarımı tələb edirəm. Deyirdilər ki, guya mən İlhamə xanımın ən bahalı şubasını oğurlamışam. Sonra o şubanı oğlu Orxan tərəfindən lombarda qoyduğunu bütün media bildi. O zaman rəhmətlik sağ idi və mən artıq həbsdə idim. Çeklər də var idi, amma mənim boynuma yıxmışdılar. İlhamə xanım olanda onun Gülbahar adlı bacısının olduğu barədə eşitməmişəm. Amma İradə xanımı eşitmişəm. İlhamə xanımın mülkünü necə bölərlər, özləri bilər. Öz zəhmətimlə 15 ildə tikdiyim evimin pulunu, 10 min dollarımı tələb edirəm. Şahid qonşularım da var”.
Şərhlər