Xəbər lenti

Foto 13:06 11.01.2019

"İlin icra başçısı" seçildi (FOTOLAR)

İcmal.az Analitik Təhlil Mərkəzi və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) "İLİN İCRA BAŞÇISI” və "İLİN RAYONU” nominasiyaları üzrə sorğusunu növbəti dəfə uğurla yekunlaşdırıb. 

Qaynarinfo xəbər verir ki, sorğunun nəticəsinə görə "İLİN İCRA BAŞÇISI” Ağdam rayon İcra Hakimiyyətinin başçısı Həsənov Vaqif Bəhram oğlu seçilib.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov bununla bağlı açıqlama verib: 

"Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Sevindirici məqamlardan biri də ondan ibarətdir ki, regionlar arasında müsbət mənada ciddi rəqabət başlayıb. Bu rəqabəti dəyərləndirmək, cəmiyyətdə bu istiqamətdə marağı artırmaq, Hökümək təşkilatları ilə Qeyri-Hökümət təşkilatları arasında əlaqələri daha da inkişaf etdirmək məqsədi ilə İCMAL.az Analitik Təhlil Mərkəzi və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası "İLİN İCRA BAŞÇISI” nominasiyası üzrə sorğunusunu başa vurdu. "İLİN İCRA BAŞÇISI” nominasiyası üzrə Sorğunun qalibi Ağdam rayon İcra Hakimiyyətinin başçısı Həsənov Vaqif Bəhram oğlu oldu. Mübarizə dürüst və fasiləsiz oldu. İCMAL.az Analitik Təhlil Mərkəzi və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Ağdam rayonun icra başçısı Vaqif Həsənovla görüşüb və diplomu təqdim edib. Ağdam rayonun icra başçısı təşkilat olaraq bu səsverməni təşkil edənlərə və ona yüksək etimad göstərərək bütün səs verənlərə öz təşəkkürünü bildirib, gələcək fəaliyyətinin daha da yüksək səviyyədə olması üçün çalışacağını deyib. Qeyd eib ki, bu kimi mükafatlar onun gələcək iş fəaliyyətinə əlavə bir stimul olacaq.

Vaqif Həsənov kimdir və qısa zamanda rayonda hansı işləri görüb? 

Həsənov Vaqif Bəhram oğlu 18 fevral 1959-cu ildə Ağdam rayonunda anadan olub. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin Tarix , 1991-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnistitutunun Politologiya , 2003-cü ildə isə Azərbaycan Dövlət Neft Akademiyasının Faydalı Qazıntı yataqlarının işlənməsi, Neft Qaz yataqlarının işlənməsi və istismarı fakultələrini bitirib.

1977-1979-cu illərdə hərbi xidmətdə olub. Əmək fəaliyyətinə 1977-ci ildə Bərdə Kolxozlararası Tikinti idarəsində fəhlə kimi başlayıb. 1980-1987-ci illərdə 26 Bakı Komissarı adınaNeft Qaz Çıxarma İdarəsininelektrik çilingər, 1987-1989-cu illərdə 26 BakıKomissarı adına Neft Qaz Çıxarma İdarəsininMənzil Kommunal Təsərrüfatının partiya təşkilatınınkatibi işləyib. 1991-ci ildə 26 Bakı Komissarı adına Neft Qaz Çıxarma İdarəsinin partiya komitəsinin katibi, 1991-1995-ci illərdə Ə.Ç.Əmirov adına Neft Qaz Çıxarma İdarəsinin Xüsusi şöbəsinin rəisi, 1995-2001-ci illərdə H.Z.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatının rəisi, 2001-2005-ci illərdə H.Z.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin Kadrlar şöbəsinin rəisi, 2005-2006-cı illərdə N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin rəisin ümumi məsələlər üzrə müavini, 2006-2011-ci illərdə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini, 2011-2013-cü illərdə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini, 2013-2018-ci illərdə isə Bakı şəhəri Xəzər Rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Ötən ilin noyabrın 5-də İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfərdə olub. Bu səfər həm də qısa zaman kəsiyində rayonda görülən işlərin faktiki hesabatı idi. İlham Əliyev Ağdam rayonunda əsaslı şəkildə yenidən qurulan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun açılışında iştirak edib, daha sonra prezident və birinci xanım Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər. Daha sonra dövlətimizin başçısı noyabrın 5-də "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının açılışında iştirak edib. Açılışlar, yeniliklər, infrastruktur təqdimatları bununla yekunlaşmayıb. İlham Əliyev və Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki "Qarabağ Atçılıq Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağ Atçılıq Kompleksinin açılışında da iştirak ediblər. 

Rayonda aparılan infrastruktur yeniliklərin fotolarını təqdim edirik:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->