İlin ilk Günəş tutulması başa çatıb (YENİLƏNİB)

İlin ilk Günəş tutulması başa çatıb (YENİLƏNİB)

İlin ilk Günəş tutulması hadisəsi başa çatıb.

Qaynarinfo-nun məlumatına görə, tutulma saat 12:12:15-də başlayıb və 4 saat 59 dəqiqə davam edib. Günəş tutulmasının həlqəvari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali və Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunub.

Təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayıb.

Qeyd edək ki, 2-ci Günəş tutulması 2021-ci ilin 4 dekabrında baş verəcək.
 
12.15

Bu gün ilin ilk Günəş tutulması başlayıb.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Qaynarinfo-ya bildirilib ki, tutulma hadisəsi saat 12:12:15-də başlayıb və 17:11:16-da sona çatacaq.

Qeyd olunub ki, ümumilikdə 4 saat 59 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 14:43:06-da olacaq.

Rəsədxanadan bildirilib ki, bu tutulma həlqəvari Günəş tutulmasıdır.

Bu Günəş tutulmasının həlqəvari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali və Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunacaq.

Qeyd edək ki, bu təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

X
XƏBƏRLƏR
BLOGLAR