Avstraliyada ilk dəfə lotereya bileti alan bir qadın 50 milyon dollar cek-pot düşüb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Sidneydə yaşayan və adı açıqlanmayan qadın bileti paytaxt Kanberra yaxınlığındakı Sussex İnlet bölgəsində tətildə olarkən aldığını bildirib.
"Buna inanmıram. Lotoreya biletini aldığım şəxs mənə cek-pot udduğumu söylədi. Sonra biletimi yoxlayanda gördüm ki, həqiqətən uduşu mən qazanmışam".
İndiyə qədər lotereya oynamadığını deyən qadın əyləncə olsun deyə kupon doldurduğunu söyləyib. Uduş minlərlə bilet arasında cəi birinə çıxıb. Yəni cek-pot bir neçə nəfər arasında bölüşdürülməyəcək. Kamberalı qadın isə vəsaitlə nə edəcəyinə hələ qərar vermədiyini bildirib.
Camal
Şərhlər