Dünya 12:38 23.07.2019

İlk kosmik missiyanın rəhbəri vəfat etdi

NASA-nın ilk kosmik missiyasının rəhbəri Kris Kraft 96 yaşında vəfat edib.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, K.Kraft Hyustonda həyatını itirib. Onun ölümü ilə bağlı əlavə məlumat verilmir.

Qeyd edək ki, Kris Kraft 1965-ci ildə "Apollo" proqramı çərçivəsində astronavt Ed Uaytın "Gemini 4" kapsulunda kosmosa səfəri və onun geri qayıdışına rəhbərlik edib. E.Uayt kosmosa getmiş ilk ABŞ vətəndaşı kimi tarixə düşüb.

Gülşən